login:        password:      
Combats Scrolls
Rambler's Top100
Гость БК
Profile Friend page
ru
 09-08-09 @ 17:48
Slata Open user info Open user photogallery
Xosh Gorduk.BIlirem Men De Burda Sizinchun Bura Gelen Oqlanlardan Biriyem,Ama Men Birinci Defedir Bura Gelirem.Inansaz Da Inanmasaz Da BU mesaji Ilk defe Size Yaziram>Isteyim sadece Mesajimi Semimi Qiymetlendirmeyinizdi.BIlirem Belke De Bu Munasibete Yanashmaq Size Cetindi.Ama Mene Ciddi Munasibetli Bir Qiz Lazimdi.Men Oz Heyatimi Qurmaq Isteyirem.Ama Isteyimi Elde Ede Bilmirem.Ona Gore Size Yazdim Ki,Bu Heyat Yolun Kechmekde Mene Komek Edesiz Ve Omur Boyu Yanimda Olmagi.Ozunuz Uchun Bir Peshe Secesiz.SIzden Semimi Ailevi Bir Munasibet Gozleyirem..buyur

SelamLar..Bu Gunu Men Ozume Ozel Bir Gun Sechmek Isteyirem.Ona Gore Size Tanishliq Movzusunda Munasibet Teklif EDirem..Ama Bezikdirici Bir Menada Meni Qebul Etmeyinizi Istemirem.Chunki men De Azerbaycan Ovladiyam Siz De.Sizin de Aile Terbiyeniz Var Menim de.Men De isteyirem Bu medeniyyet Chercivesinde Real Bir Munasibete Bashlayib.Ozumuzu Sinayaq.Deyir Sennen Hereket Mennen Bereket.Biz Hereket Eliyek.Qismetimiz Ozu Yoluna Dusher Yeqin Ki.Men Chalishiram Ki,Size Oz Fikrimi Temiz Catdirim Ki,Mene Hormetle Yanashasiz.Twk Edirem Bu Mesaji oxuduqunuz uchun.Semimi Cavabinizi Gozleyirem..buyur

Я думаю, что это: Scrolls.multiLike:)

view mode: linear threads
Total disscussion threads: 131 Pages: 7
«« « 1 2 3 4 5 6 7 » »»

Post reply | Post reply with quote
Гость БК
21-06-10 @ 21:28
Re:
copy link to clipboard
universitet müəllimi əlində ağ bir kağız sinfə girdi.Kağızı lövhəyə asaraq,ortasına qara bir nöqtə qoydu.Üzünü tələbələrə tutaraq soruşdu:
Burada nə görürsünüz?
Tələbələr az qala bir ağızdan:
Qara nöqtə- deyə cavab verdilər/
Müəllim isə üzünü onlara tutaraq dedi:
Təəssüf ki,siz bu qara nöqtənin arxasındakı ağ kağızı görə bilmədiniz...
Göndərən: B_M_L_K
Sən mənim 1 damla burun suyum olsaydın səni itirməmək üçün əsla asqırmazdim.
Göndərən: cennifer
20% darıxıram, 40% xatırlayıram, 60% səninəm, 80% sevirəm, 100% məzələnirəm :)
Göndərən: batya167
2010-cu ilin ulduz falına görə: Pul – ulduzunuz gülür. Sağlamlıq – ulduzunuz gülür. İş – ulduzunuz gülür. Sevgi – ulduzunuz gülməkdən ölür.
Göndərən: _dream_
Azercell-dən yenilik! Aldığınız kontur kartlarını yüklədikdən sonra tullamayın. Qışda peç yandırmaq üçün lazım olar.
Göndərən: _dream_
Salam, həyatım, canım, damarda axan qanım. Gecəm, gündüzüm, şirinim, şəkərim sən hər an, hər dəqiqə mənimləsən, doğma vətənim.
Göndərən: _dream_
Əcaib bir varlıq görüb qorxmaq istəyirsənsə, çox uzağa getmə. Get güzgüyə bax.
Göndərən: _dream_
Əzizinəm lüt toyuq!
Yumurtlayır cüt toyuq!
Yolmuşam lələklərin,
Qalıbdı lümlüt toyuq!...

Əzizinəm nataşa!
Bu qız yaman xaraşa,
Millət rusete gedir!
Yaşa millətim,Yaşa!....
Göndərən: gyulyum
Bir göz gördüm masmavi dənizin dibinə enmiş, bir göz gördüm qapqara gecələrdən bezmiş, bir göz gördüm yamyaşıl ucuna yarpaq dəymiş, bir göz gördüm gömgöy üstünə yumruq dəymiş.
Göndərən: gyulyum
Atamdan dəyərimi soruşdum “dünyalar qədər” dedi. Dünyanın dəyərini soruşdum, “beş para etməz” dedi.
Bizim bir qonşumuz var idi, pula pul deməzdi, çünki “l” səsini səsləndirə bilmirdi.
Zorla gözəllik olmaz, estetik əməliyyatla olar
Adamın biri məhkəmənin yanından keçirmiş. Məhkəmədən çəngəl-qaşıq səsi gəlirdi.Niyə ? çünki məhkəmədə məhkumun haqqını yeyirlərmiş.
Onun sərt bədənin ovcumun içində aldım, sonra başını dodaqlarımın arasına qoydum, o bənzərsiz dad mənə həyat verirdi. Koka-kola həyatın dadı...
Içmə sevgi şərabından acıdır, aman diqqət et qızın atası müəllimdir.
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:29
Re:
copy link to clipboard
Sizə edilməsini istəmədiyiniz bir şeyi, başqalarına etdirin... İnanın çox zövq verir
Arvadımı o qədər sevirəm ki, köhnələmsin deyə başqalarının arvadı ilə ...
Bu anda 100 adamdan 35-i yatır, 10-u yemək yeyir, 35-i işləyir, 10-u avtomobil sürür, 4-ü dərsə hazırlaşır, 1 nəfər axmaq da əlində telefon sms oxuyur.
Sevgi hovuzuna axmaqlar düşər, amma məni itələdilər
Eşq bir sudur, iç-iç coş !!! Eşq bir vişnə iç-iç kişnə !!!
Hörmətli abunəmiz !!! Faturanızı zamanında ödəmədiyiniz üçün, xəttinizin istifadəsi bağlanmışdır. Telsim müştəri xidmətləri
Həyatda üç yoldaş vardır, biri çörək kimidir, hər zaman axtararsan, biri dərman kimidir, lazım olduğunda axtararsan , biri də mikrob kimidir o gəlib səni tapar
Yalan söyləyənləri doqquz kənddən qovarlarmış, onuncu kənddən qışqırıram : Səni sevirəm
Təbiətin qanunu varsa, Aşıq Alının da sazı var
Sevgi bir banan qabığıdır. Diqqətli olmasan ayağın deyil, həyatın sürüşər
Bu mesaj xüsusi bir tezliklə göndərilmişdir. Ağıllılarda yaddaş itkisini, axmaqlarda qısa sürən bir korluq, qovşaqda olanlara isə bir anlıq gülümsəmə bəxş edər
Batareyası zəif yuxularımda, əhatə dairəsi xaricində qalan sevgilimə... Şəbəkə səhvi səbəbiylə çata bilmədim, indi ürəyimdə flu çəkən xəttimlə səninləyəm...
Sən bir mələksən, dağda gəzən inəksən, ot verərəm yeməzsən, Allah bəlanı versin
Sənə yaza-yaza yaz gəli, mesaja artım gəldi, yenə yazacaqdım amma konturum qurtardı
Adam başına düşən milli gəlir artsın deyə , yaşamına son verdi
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:29
Re:
copy link to clipboard
Dəlil çatışmazlığından bəraət qazandı, ürək çatışmazlığından getdi
Qarnında çox su vardı, əzələlərində əhəngləmə, böyrəklərində qum, qanında da dəmirartıqlığı.Beton kimi idi amma öldü
Qansız adamın biriydi, qan itkisindən öldü
Əzrayıl varislərin səbrini ölçdü, 96 yaşında öldu.
Allah kreditlərini bağışlasın (məmurun məzar daşı)
Səni Mən Sevdim Güllər İçində,Sən Mənə Yox Dedin Qaldı İçimdə)))
Göndərən: NIKO_515
1.Yaşınız neçədi - Vallah bilmirəm hər il dəyişir

2.Səni qucaqlamağı o qədər çox sevirəmki.Çünki o dəqiqələrdə sifətini görmürəm

3.Sən öl qapının ağzında öpüşmə.Eşqin gözü kor ola bilər, amma qonşunun əsla

4.Eşq bir sudur , iç-iç qudur- Eşq bir vişnə ye sonra Kişnə

5.Pulun nə dəyəri var,Əsas odur ki, miqdarı çox olsun.

6.Ürəyimi verdim ona saxlasın deyə,axmaq buzxanaya qoyub iy verməsin deyə

7.Eşqindən oldum soyuqdəymə.Burnumu silirəm 100 metrə bezlə

8.Atı sevdim təpik atdı.Gülü sevdim tikanı batdı.Bir qızı sevdim burnun qalxdı.
Göndərən: __M__
Xancell-dən yenilik! Hər 2 manatlıq danışıq kartı alana bir cırıq qaloş, hər 10 manatlıq danışıq kartı alana yamaqlı corab, nəhayət hər 20 manatlıq danışıq kartı alana Yeganə şadlıq sarayında 2 nəfərlik xaş (sarımsaglə) hədiyə.. Xancell Mirtcell-dən bir addım öndə.
Göndərən: gyulyum
Xancell yenilik! Siz ilin ən etibarsız abonenti seçildiniz. Bu münasibətlə siz uduş kampaniyamızdan 1 şillə, 2 yumruq və ən nəhayəti 3 təpik qazandınız! Hədiyyələri əldə etmək üçün Xancell ekspreslərə yaxınlaşmağınız xahiş olunur.
Göndərən: gyulyum
Aşiq olub dərd çəkincə qrip olub burun çəkmək yaxşıdır.
Göndərən: kiara_n
Ditdililəri öldürməyin .Axı onların damarlarında bizim qanımız axır.
Göndərən: kiara_n
ŞAXTA BABA ŞAXTA CAN .HARDASAN BU VAXTACAN.YAĞIŞDA GƏL QARDA GƏL.KİŞİSƏNSƏ YAYDA GƏL!
Göndərən: kiara_n
Səni üzgün görsəm dünyanı dağıdaram, sənə zərər versələr əsla dözmərəm. Məzarıma gəlib torpaq atma, yoxsa lapatqanı başına çırparam.
Göndərən: gyulyum
Sevgilim səni yaddaşımdan silə bilmirəm. Çünki səni yaddaşımdan silmək üçün AntiVirus programı lazımdı. Onu da heyf kəşf etməyiblər.
Göndərən: _dream_
Sənin ürəyinin açarını axtarırdım tapa bilmədim. Amma üzülmə çünki laqonda almışam hazırlaş gəlim.
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:30
Re:
copy link to clipboard
Dünən sənə dünyanın ən gözəl, ən şəkər hədiyyəsini yollamaq istədim. Poçtalyon üstümə qışqırdı ki, qutunun içindən çıx
Göndərən: _dream_
Günəş bir gün çıxmağı, ay bir gün batmağı unutsa da mən sənə sərf etdiyim 11 konturu heç vaxt unutmayacağam.
Göndərən: _dream_
İslanmaq istədim səninlə yağışda. İslana bilmədim məni bağışla. Sən mənim yanımda böyüksən.
Göndərən: _dream_
Anam məni yetişdirib bu məktəbə yolladı
Müəllim məni əzişdirib pəncərədən tulladı
Marş irəli hey,marş irəli Azərbaycan şagirdi
Dönməz geri hey,dönməz geri Azərbaycan şagirdi
Göndərən: MAGIC_GIRL
İndicə radiodan eşitdim ki, zooparkdan bir meymun qacib qorxma sənin yerini onlara demərəm axı biz dostuq
Göndərən: MAGIC_GIRL
Məhəbbət gül Deyil Alıb Satasan
İstədiyin VAxt Sevib Atasan
Get Dərsini Oxu Hələ Uşaqsan
tez Sevib Tezdə Qocalarsan
Göndərən: ya_huseyn
Birini sevdim maşın vurdu,
Birini sevdim özünü asd,
Birini sevdim infakt oldu,
Məni hirsləndirmə sənidə sevərəm.
Göndərən: Murad_99_69
indicə televizora baxırdım dedilər zooparkdan meymun qacarkən onu maşın vurub. Əgər sağsansa cavab yaz
Göndərən: junior
Həyatımın mənası eşqimin antenası, Sənsiz yata bilmirəm kanal tuta bilmirəm
Göndərən: mubariz
Heç vaxt başqasını günahlandırmayın!Bəlkə onun belə kobud belə soyuqqanlı belə məsuliyyətsiz olmasına şərait yaradan sizsiniz...Bir düşünün küçədə yiyəsiz bir itə nə vaxt sığal çəkmisiniz???Nə vaxt metroda,avtobusda yaşlılara deyinmədən yer vermisiz???Məni bu qədər qəddar tanımayın.Əslində sizin hamınızdan kövrəyəm.Sadəcə bu eybimi göstərməməyim mənim sizdən yeganə üstün cəhətimdir!!!
BIR GUN YAY TETILINE GETMISDIM ORADA MENI BIR SEY COX MARAQLANDIRIRDI NEHAYET CESARET TOPLAYIB ONUN YANINA GETDIM ONUN AYAQLARIN ARALAYIB DOSLERIN SIXDIM COX HEYECANLI IDM CUNKI ILK DEFE IDI INEK SAGIRDIM
Göndərən: Asef_973
menim basim aqramir bilirsiz niye? cunki men robortam
Göndərən: ziko_6500@mail.ru
Sevgilim seni chox sevirem! Amma pulu daha chox, lakin pulun ne deyeri var, muhum olan miqdaridir.
Göndərən: _dream_
Bilmemek ayib deyil, yeterki hiss etdirmeyesen.
Göndərən: _dream_
Sevgilim vəziyyətim ağırdı, sarılıq xəstəliyinə tutulmuşam, bilirsən niyə, kaş ki, axşam səni yuxuda görməyəydim.
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:31
Re:
copy link to clipboard
Hörmətsiz abonent, sizin üçün yeni iş tapılıb. Zooparktan bir meymun qacıb. Onun əvəzinə meymunluk etmək istərsən? Əmək planı gündə 3 banan.
Göndərən: gyulyum
Aşiq olub dərd çəkincə,qrip olub burnumu çəkərəm...
Göndərən: _STAR_
MEHEBBETLE ALOVLANDIM! MALEKULA PARCALANDIM! MEHEBBETDIR MENIM PESHEM.. AZ QALMISHDI OKSIDLEWEM!
Göndərən: BARON
Siz qəlb oğurluğuna görə polislər tərəfindən axtarılırsız. Cərimə 1000 öpüş.Sizin iki şansınız var.
1) Ya yaxşı vəkiliniz olmalıdı
2) Ya da ki, şirin dodaqlarınız.
Göndərən: emotions
İnsanlar dəyişir,xəyallar dəyişir,arzular dəyişir hətta sevgililərin hissləri belə dəyişir!Dəyişməyən isə sənin tumanındır dur get dəyiş!uje iy verir!Püffff
Savaşma seviş , sevişəndə onsuzda savaşırsan
Göndərən: Whack_Attack
Mən ona baxdım , o mənə baxdı, indi ikimizdə 4 usağa baxırıq
Göndərən: Lord
Qorxma dayanmışam dalında dağ kimi əsirəm yarpax kimi
Göndərən: skarpion_903
Mənim bir sevgilim vardı boyu sevgim kadardı.Mənim sevgim soldu sevgilim cücə oldu.
Sənə bir oyun öyrədəcəm!Deməli bu oyuna 5 nəfər lazımdır,get oppan eeeee axotum yoxdur uzun məsələdir
Göndərən: zazo
Bir bilsən ki, səni necə çox istəyirəm. İstəmirəm ki, ayağına bir daş dəysin. İstəyirəm ki, hamısı başına dəysin.
Göndərən: gyulyum
Hamıdan uzaqda bir yerde təsəvvür et ikimizik.Bütün problemlərdən uzaq,yaşıllıqların arasında aramsız çırpınan ürək çırpıntılarımızı gizlədirik.Təbiətdən zövq alırıq.Bir də günəş belimizi deşə-deşə Gədəbəydə kartof yığırıq.
Göndərən: ACIMASIZ
Hamıdan uzaqda bir yerəe təsəvvür et ikimizik.Bütün problemlərdən uzaq,yaşıllıqların arasında aramsız çırpınan ürək çırpıntılarımızı gizlədirik.Təbiətdən zövq alırıq.Bir də günəş belimizi deşə-deşə Gədəbəydə kartof yığırıq.
Göndərən: ACIMASIZ
Bir gün meymun öz balasıyla oturub söhbet edir. Bala meymun anasından soruşur ki, ana biz niyə bu gündəyik? Anası balasına deyir ki, bala biz hələ yaxşıyıq. Gör bu mesajı oxuyan ne gündədi. ))
Göndərən: Fright
Diqqət!diqqət! qara itim,itimin qulaqları gödək,burnu uzun,gözleri çəp.Mesaji oxudunsa evə qayıt
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:32
Re:
copy link to clipboard
Sən mənim ürəyimdəsən amma tək yox,çünki mənim ürəyim 4 kameralıdı )))
Göndərən: Fright
Dost-dosta zəng gərək,zəng etməsə sms gərək.
Göndərən: gyulyum
Tisbaga xeberdarliq edir asta qacan namerddi!
Göndərən: Fright
Yaıram yanımdasan,dururam yanımdasan yeyirəm yanımdasan,içirəm yanımdasan,sən nə sırtıx adamsan!!!
Göndərən: zazo
Hər gecə yuxumda səni gorerdim.Mənim olmagin üçün nələr edərdim.,Çünki sənsən həyatımin mənası, mən səni sevirəm kələm dolması.!
Göndərən: _DELI_
İnsanlar dəyişir,xəyallar dəyişir,
Arzular dəyisir,duyğular dəyişir,
Dəyişməyən təkcə sənin corablarındi
Get corablarını dəyiş.!
Göndərən: _DELI_
Dag-daga rast gelmese,mese caqqalsiz olmaz
Göndərən: NIKO_515
Dost dosta ten gerek,ten olmasa gir menyudan duzelt
Göndərən: MIROGLU
Elə indicə xəbərlərdən eşitdim ki,zooparkdan meymun qacıb.Narahat olma sənin yerini demərəm.Axı biz dostuq.
Göndərən: Dark_Witch90
Elçilər Nazirliyi xəbərdarlıq edir: "Hamı yerli qız alsın evdə qalan azalsın ! "
Göndərən: Fright
Ehmedlide ki, su qeder ömrün, marşurutlar qədər düşmənin olsun...
Göndərən: deniz-kizi
Çoban qoyundan soruşur: senin ağlın varmı? qoyunda hey deyib çobana gülür ade megər səndə ağıl var ki, bu suali mənə verirsən.
Göndərən: deniz-kizi
GÜlÜ sevən tikanına razı olmalıdır,və ya onda kaktus sevən halına...
Göndərən: Melek-yuzlum
sen bir meleksin,dagda gezen ineksin,ot veririm yemezsin,Allah belani versin!
Göndərən: candy_lady94
burda 25 nefer var,10-u oturub,5-i yemek yeyir,9-u kitab oxuyur,1 nefer axmaqda bu mesaji oxuyur
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:33
Re:
copy link to clipboard
bu mesaj xususi bir frekansla gonderilmisdir,normal insanlarda karliq,elillerde agil catmamazligi,okuzlerde ise bir anliq gulumseme hissi oyadir.
Göndərən: candy_lady94
Sənin dərdindən dəli divanə olub əzab cəkməkdənsə hmm eliyib burnumu cəksəm ondan yaxşıdır!
Göndərən: deniz-kizi
SMS yazan barmaqlarına quzu kəsim. Niyə belə əziyyət çəkirsən? Ondansa zəng edərdində.
Göndərən: deniz-kizi
Sevgilimsən maral kimi. Süzməyi kimdən öyrəndin?! Daha sənsən də 100-də süz.
Göndərən: deniz-kizi
Sevgilim mene bir gül verdi, gül solunca dönərəm dedi. O heç dönmədi çünki gül plastikadan idi.
Göndərən: deniz-kizi
Bakıda hava soyuq olacaq. Temp: -5C oxuduğunuz hava proqnozu dünən uçun idi, bugünku hava melumatını sabah deyeceyik
Göndərən: deniz-kizi
Başqalarının səni əzməsinə icazə vermə,prava al sən onları əz.
Göndərən: Melek-yuzlum
Sən bir gün qocalacaqsan.Sənin balaca,şirin nəvələrin olacaq.Ancaq sən öz gözəlliyini itirməyəcəksən.Çünki,bu səndə heç vaxt olmayıb.
Göndərən: PRORAT
Salam. Dünən Əcəmi metrosunda metro kartımı çıxardanda sumkamdan 20 qəpik düşürtdüm, dünəndən axtarıram hələ da tapa bilmirəm. Hətta dərsə də getmədim. Tapanlardan xahiş olunur həmin metro tərəflərə müraciət etsinlər, mən hələ də ordayam. Axı o mənim yemək pulum idi?
Göndərən: PRoRaT
Bir gün səni fikirləşdim. Bir yanda quşların səsi, bir yanda küləyin vıyıltısı, bir yanda qızmar günəş və biz ikimiz kartof toplayırıq.
Göndərən: PRoRaT
Sənə zəng etmək istəyirdim, cinbalanın babası dedi ki, balansında kifayət qədər cin kontur qalmayıb. Əlimi cibimə atdım kontur alam, siçanlarsa dedi, cibində kifayət qədər pul qalmayıb!
Göndərən: PRoRaT
Bu gün çox sevinirdim. Çünki marşuruta minmədim, dalınca qaçdım, 20 qəpik irəli idim. Ancaq qanım qaraldı. Bilsəm taksinin dalınca qaçıb 2 AZN irəli olardım
Göndərən: deniz-kizi
Ey dağları daşlairı hər şeyi yaradan rebbim, hər şeyə bir gözellik ayrı bir dad, insanlara ağıl, məntiq, düşüncə paylayarkən bu mesaja mal-mal baxan bu öküzü niyə unutdun?
Göndərən: deniz-kizi
Sənə bir dənə oğlan tapmışam. Krasavcik səni göürüb bəyənib. Şəxsi evi, maşını, teyaresi, hətta ekvatorial məşəsi var. O meşədə meymunluq eləməyə hazırsan?
Göndərən: Upss
Bir anlıq qış gecəsini təsəvür et. Üzərində qar dənəciklərinin naxış vurduğu pəncərəyə bax. Orda milçək var. Zəhmət olmasa onu öldür. Mənzərəni pozur.
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:34
Re:
copy link to clipboard
Bir gün gələcə dünyanı aclıq bürüyəcək. Köklərdə dolma, arıqlardan cığırtma biçirəcəklər. Amma səndə dovğa biçirəcəklər çünki sən qatıxsan.
Göndərən: Upss
Yuxuda səni gördüm. Kamaz vurub oldürmüşdü. Kamazı və səni basdırırdılar. Qəbir nu saçır. Sonra gördüm kiç kamazın faraları ağzında galıb.
Göndərən: Upss
Sən bilirsən indi mən nə edirəm? Yaxşı fikirləş, cətin sualdi?
*Cavab mesajından sonra*
Axmaq!!!, ne edəcəyəm ki, sənə sms yazıram daa.
Göndərən: Upss
Bəlkədə mən xoşbəzt ola bilərdim, bəlkədə mən varlı ola bilərdim, bılkə də mən biznesmen ola bilərdim. Amma nə də olsam Allaha şükür edərm ki, bu mesajı oxuyan qoyundan min dəfə yaxşıyam.
Göndərən: UpSS
Elacim sensen.Ureyim agriyir doze bilmirem, Sensiz birce gun geze bilmirem. Neyleyim derdime tek elac sensen. Sevinme ey insan seni demirem, Derdimin dermani derman bilirem
Göndərən: white_angel
Bayaq radiyoya qulaq asırdım dedilər ki, Ayna Sultanova heykəlinin qabağında yekə baş, şəlpə qulaq, çəp göz, mırıq diş bir meyid tapılıb.Tez mənə zəng elə səndə nigaranam.
Göndərən: Upss
Heyetimizde 2 gozel varmish. O gozelleri camaat yashadarmish. Biri goy, biri qizarmish. Tek unvanlari bazarmish. Hami pul verib evlerine apararmish. CHox uzatmiram bunlarin biri pamidor, biri xiyarmish.
Göndərən: white_angel
İslanmaq istədim səninlə yağışda. İslana bilmədim məni bağışla. Sən mənim yanımda böyük öküzsən mən sənin yanında kiçik qarışqa.
Göndərən: white_angel
Sevgilim mümkünsə mənə şəkilini göndər, qabaqdan yay gəlir. Mürəbbələrə qarışqa yığılmasın deyə bankalara vurum.
Göndərən: Upss
Şəkilini çək İraqa göndər qoy görsünlər ki, müharibədən də dəhşətli şeylər var.
Göndərən: Upss
Sən ətirli bir bağda yaraşıqlı, elvan rəngli, təavətli, əsrarəngiz bir çiçəyin yarpağna qonmuş donuzanqurdusan.
Göndərən: Upss
Sevgilin dağ başında
Amma sənə baxmayır
Bülbül dağda oxuyur
Nənən corab toxuyur
Hamı öz işindədir
Meymun mesaj oxuyur
Göndərən: Upss
Dünən sənə dünyanın ən gözəl, ən şəkər hədiyyəsini yollamaq istədim. Poçtalyon üstümə qışqırdı ki, qutunun içindən çıx.
Göndərən: Upss
Səninlə blutus kimi uzaqdan yox, ik-port kimi yaxından tanış olmaq istəyirəm.
Göndərən: Upss
Səni məndən çox sevəni tapsan məni atma. Qayıt yanıma. Səni bir az da çox sevəcəm.
Göndərən: Upss
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:34
Re:
copy link to clipboard
Sən mənim hyəyatımsan amma ki, həyat mənim üçün heçdir.
Göndərən: Upss
Bir gün çox qorxdum elə bildim ki, səni həmişəlik itirmirşəm. Sən demə arxa cibimdəymişsən mənim canım telefonum.
Göndərən: Upss
Sənə bir sual verəcəm amma fikirləş sonra cavab ver. Bananlar niyə topa halında bitir? Əgər bilmirsənsə gedim başqa meymundan soruşum.
Göndərən: Upss
Günəş bir gün çıxmağı, ay bir gün batmağı unutsa da mən sənə sərf etdiyim 11 konturu heç vaxt unutmayacağam
Göndərən: white_angel
Yatıram yuxumdasan,dururam yanımdasan,sən nə sırtıx adamsan!
Göndərən: Tenzil
Hormetli qulumuz, qilinmamis namaz borcunuz gorunmekdedir.Emel defterinizin baglanmamasi ucun, xahis olunur borcunuzu odeyesiniz.-"Axiret Musteri Xidmetleri
Göndərən: dersfer
Uze bilmirsen agaca noshun cixmisan ?
Göndərən: ARISTOKRAT
Sən ağlayan zaman sənin yanında olmaq istiyərdim bilirsən niyə? Çünki dəsmal satıram, 2-sin alana biri həddiyə.
Göndərən: PRoRaT
Bir gün bir kişi olur yoldan keçən arvada deyir ki, sizin şəklinizi olar. Arvad: Niyə? Kişi: Uşaqlar şkafın qabağından konfet götürürlər. Şəklinizi ora qoyacam ki, götürməsinlər.
Göndərən: PRoRaT
Ey sevgili canan mənə bir bankə qatıq ver, qapağı yoxsa əgər ağzı açıq ver
Göndərən: PRoRaT
Baharın bu gözəl ayında bitən, çiçəkləri ilə eşqi yarpaqları ilə isə sevgini anladan o gülün tikanları gözüvə girsin!
Göndərən: PRoRaT
Saçımı onun üçün süpürgə elədim,amma bu tozsoranlar icad olunandan sonra məni tərk elədi.
Göndərən: deniz-kizi
Sən sən ol,qapı ağzında eşqbazlıq eləmə, eşqin gözü kordur,amma qonşununku əsla.
Göndərən: deniz-kizi
Könlündə mənə yer yoxsa,Gülsənəm,
Eybi yox,mən ayaq üstə gedərəm.
Göndərən: deniz-kizi
Dişlərin necədə gözəldir. Ulduzlara bənzəyir. Sarı və bir-birindən uzaq. Heç olmasa, onları ayda 1dəfə fırçalayırsan?
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:37
Re:
copy link to clipboard
Sən yatağına girib şirin-şirin yatarkən mən gəlib sənin şirin yerindən dişləyəcəyəm imza: Ağcaqanad
Göndərən: deniz-kizi
Qara tellər,qara tellər,
Qapqaradır qara tellər.
Səni aldım xoşbəxt oldum,
Dümağardı qara tellər!
Göndərən: deniz-kizi
Araz axır, Kür daşır, yarı görə bilmədim,
Dünən suyu kəsdilər yenə çimə bilmədim!
Göndərən: PRoRaT
Məndə sığar iki cahan biri kartof biri soğan almışam təzə tuman mən bu tumana sığmazam
Şaxta baba şaxta can hardasan bu vaxtacan ? yağışda gəl qarda gəl duxun çatır yayda gəl
Əsgərlik ondu, doqquzu Rusiyada gizlənmək, biri də saxta hərbi bilet almaq.
Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.
Deputatliğa namizədin şahidi yanında olar.
Dama-dama şalvar olar.
Çox istəyən az faizlə kreditə götürər.
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq Vergilər Nazirliyi.
Gəzməyə qərib olkə, ölməyə Vətən yaxşı. Vətən məgər Vətənpərvərlər qəbirsanlığıdı?
Gəlin evin süpürgəsidi. Hara qoysam oranı süpürüb talan edər.
Tək əldən səs çıxmaz. Çıtma çalmasan.
Biri istədi ki hamı ona Koroğlu desin. Vurdu atasının gözlərini çıxardı. Hamı ona Koroğlu dedi. İndi pul yığır bir saz alsın,
bir at, bir də qılınc.
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:39
Re:
copy link to clipboard
Məzəli mesajlar
Toydan sonra 7 mərtəbəli tort?
Ucuz ətin şorbası ətin özündən bahadır.
Nənəmin medalı olsaydı baba deyərdim.
Tarix təkrar olunur. Riyaziyyatı oxuyan yoxdur.
Aslanlar öləndə ditdililər yasda camaata qulluq edər. Milçək mollalıq
Tələsən tıxaca düşər.
İgid ölər bankda pulu qalar.
Yaxşı dost ad günündə tanınar.
Yaxşı at özünə tatiurovka döydürməz.
Borclu borclunun mobil telefonunu əlindən alar.
İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.
İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.
Bala "baunty"dən şirindi.
Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.
İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:40
Re:
copy link to clipboard
Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.
Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.
Qozbeli aerobika düzəldər.
Quzunu tapşırıb qurda, qurdun da dişləri yoxdur.
Uzaq qohumdansa yaxşı yerdə işləyən qonşu yaxşıdır.
Qızını döyməyən bar müdüründən inciməsin.
Bələdiyyədən çıxdıq, İcra hakimiyyətinə düşdük.
Niyyətin hara, mənzilin ora. Əsas odur qazı, işığı, suyu daimi olsun.
Kosmetika sevən göyçək olar.
Kor nə istər. İki göz. İkisi də düz.
Görməmişin bir oğlu oldu. Apardı kulinariya kursuna yazdırdı.
Arvad evin dirəyidi. Küncdə.
Aşıq eldən gələr, oğul Ursetdən.
Hamının gedəni Təcili yardım kimi gəlsin.
Ustadına kəm baxanın fonoqramması kəsilər.
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:41
Re:
copy link to clipboard
Bağa baxarsan bağ olar, baxmazsan qaçqınlar dolar.
Qaş düzəltdiyin yerdə vurdun linzanı saldın.
Dostunu mənə göstər, mən sənə deyim dostun kimdir.
Köhnə sauna-köhnə cakkuzi.
Faiq Ağayev Samir Bağırova Samir Bağırov deməsə bağrı çatlıyar.
Uşağı buyurma, özün yüyür.
İmpotentin bir oğlu oldu, vurdu arvadın gözün çıxardı.
Ağac bara getdikcə, başını polis idarələrinə salar.
Arvadın sözünə qulaq as. Qulağında "nauşnik"lə.
Arxalı köpək qurdu salar KPZ-yə.
Qara kişmişı cibə tökərlər, ağ ayranı itə. Kişmişin ayrana nə dəxli var?
Bağda ərik var idi salam-əleyk var idi. Bağda ərik qurtardı, əncir yetişdi.
Sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevəsən ayrılasan, bax bu yaman mırt olar. . .
Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.
Soğan yeməmisənsə niyə it iyi verirsən?
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:45
Re:
copy link to clipboard
Meşədə armudun ən yaxşısını ayı yığıb mürəbbə bişirər.
Atı atın yanına bağlasan həmrəng olmasa da, bir dənə balaca at da peyda olar.
Dünənki cücə bugünki xoruza müğənnilik öyrədir.
Qonşu qonşu olsa evə "levi" işıq çəkdirmək olar.
Dişləməyən çeynəməz.
Gözlər qəlbin aynasıdır, burun qəlbın vintilyasiyası , qulaqlar isə qəlbin krosnu antennası.
Palaza bürün İran sərhəddini keç.
Hər oxuyan "Yeni Ulduz" olmaz.
Qız ağacı-palma ağacı hər gələn bir daş atar. Qızın başı-gözü partlayar.
Bir kepenek olsaydim güneş yağış demeden uçar yanına gelerdim,üzune derin-derin baxıb,sonrada bir şapalaq vurub ucardım.
Nene nene can nene . Men sene qurban nene, nomre verim men sene sende zeng ele mene. zeng ele taniw olaq 4 fesilli qiw olaq ,gel ay eziz nene ,menimle taniw olaq!
Sen saydigini say,felek gedib kalkuliator getirmeye!
Sensen menim heyatimin menasi, Men Seni Sevirem tenek dolmasi :-)
Deyir piwiyin eli ete catmiyanda gedib nerdivan getirer
Bir gul gonder hesretim olsun, bir gulus gonder dermanim olsun, bir nefes gonder umidim olsun, bir de varsa 100 kontur gonder olenlerinin ehsani olsun
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:46
Re:
copy link to clipboard
Kiwiden soruwurlar,evde kiwi kimdir.Kiwi:ayda 15 gun men,15 gun arvad.Niye?Çunki,arvadla maawimiz eynidir.
Sevgilim sabah yuxudan duranda gorsen yaninda yoxam bilki tualete getmisem
ay pipi qan xoruz burnu xekendaz xoruz sen ne tezden durursan qishqirib banniyirsan qoymursan meni yatmaga birde bannasan kesecem seni-)
Men ne corek yeye,ne wirniyat yeye ne de xorek yeye bilmirem.cunki bunlarin hec biri yoxdu.
Где ты sevgilim hardasan gülüm,писмо не пишешь sheyda bülbülüm,yoxsa забыла меня sari sünbülüm,indi menim kimi yari не помнишь?
Itim itim, yeke burnu, yeke gozleri, balaca boyu var. Oxudunsa eve qayit.
Men senin dodaqlarina sevgi ile yana, sen ise meni bir anda silib atdin. Imza: Burun suyu.
Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir.
Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.
Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.
Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətli keçərdi.
Səhər yemək yeyə bilmirəm, çünki səni düşünürəm, günorta yemək yeyə bilmirəm, çünki səni düşünürəm, axşam yemək yeyə bilmirəm, çünki səni düşünürəm. Gecə yata bilmirəm, çünki acam.
Bir daha qumar oynamayacağıma mərcə girirəm.
Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.
Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. Çünki onlara üzməyi öyrətmişdim.
Post reply Ответить с цитированием
Гость БК
21-06-10 @ 21:46
Re:
copy link to clipboard
Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.
Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.
Bu mesaj xüsusi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.
İndi hər 100 nəfərdən 35-i yatır, 10-nu yemək yeyir, 25-i çalışır, 10-nu maşın sürür, 4-ü dərs edir və bir ağılsızda əlində telefon sms oxuyur.
Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.
Bütün gözəllik, zəka, ağıl, bir insanda cəmləşib, nəysə özümdən çox bəhs etdim səndən nə xəbər ?
Post reply Ответить с цитированием
Гость БК
29-06-10 @ 15:58
Re:
copy link to clipboard
Qadın marqarita (1) deyərkən, daykiri (2) nəzərdə tutur.




Qadın xəyalpərəst dediyi zaman, dəyişkən nəzərdə tutur.
Və o, “Bir də heç vaxt səni dindirməyəcəm” deyəndə,
“Mən qəmli halda pəncərənin qarşısında dayananda,
arxandan qollarını belimə dola” demək istəyir.

Kişi bunu bilməlidir.

Kişi qadını sevdiyi zaman, o, Nyu-Yorkda olur,
qadın isə Virciniyada və ya
o, Bostonda yazır, qadın isə Nyu-Yorkda oxuyur və yaxud
qadın Balboa Parkında əynində sviter gözündə eynək,
o isə İtakada yarpaqları dırmıqlayır və yaxud da
kişi maşınla İst-Hempton istiqamətində gedir,
qadın isə rəngbərəng yelkənli qayıqların yarışdığı
körfəzə açılan pəncərənin önündə hüznlü halda dayanır.
O isə bu vaxt Lonq-Aylend şosesində tıxaca düşür.
Post reply Ответить с цитированием
Гость БК
16-03-11 @ 12:50
Re:
copy link to clipboard
Bilirəm qıraqdan hamı kimi görünürük...Əslində onların yerində olsam mən də bucür fikirləşərdim..Belə etmərəm deyə düşünürdüm bir az bundan əvvəl...Amma yox bəzən heç özümü tanımadığımı hiss edirəm artıq...Hansı qəhrəman sizə bənzəyir sualı əslində heç vaxt düzgün cavablandırılmır....Bilirsən, əslində bütün qəhrəmanlar eynidir...Bütün insanlar kimi...Bütün nağıllar kimi...Və bütün yalanlar kimi...


O indi yanımda oturub və fikirlərimi oxuya bilmir..Sadəcə hərəkətlərim...sadəcə baxışlarım...Bilirəm azacıq xoşbəxtlik parıltısı var gözlərində, bir azca da anlamadığım hüzün..Xəzər də bütün dənizlər kimidir indi...Bilirəm xüsusi deyilsən səndə..Və bütün bu əfsanələrə, şayələrə dəyməzsən deyib üstünə atılmaq istəyirəm....Atdığım daslar dalğalara dəyib hər yerini dəyişdikcə qağayılar uçuşur, külək onun saçlarını darayır, amma alnında ilişib qalmış bir neçə teli nə qədər çalışsa da alnından ayra bilmirdi...Bura Venesya deyil...Hər dəfəsində anladırdı insanların həyasız baxışları... Açığı bura öpüşməyə gəlməmişəm amma istərdim ki küləkdən qurumuş dodaqlarımı islatsın dodaqları...Gözlərinə baxıram...O qədər uşaqcasına baxır ki əslində...Sanki öpüşməyin nə olduğunu bilir amma yaşamaq istəyəcək qədər böyüməkdən, onu istəməkdən qorxur...Bir ev düşünün, yağış altınadır və siz uşaqsınız...Boğulmaq üzrəsiniz amma kimsə xilas edə bilmir..Qışqırdıqca daha çox yorulursuz və kömək gəlmir...Bunu təsəvvür etmək kimidir öpüşmək....Nə olduğunu bilirsən amma yaşadıqda yenə gözlərin yumulur...Amma o hələ bunu bilmir..Kişilər belə deyil əslində, daha incə ruhludurlar və çox az qadın bilir bunu...Kişilərin tez aldanma səbəbi də budur bəlkə də...Və o da hələ bilmir bunu....Arada saclarını qoxlayıram..dəniz damlalarının parlatdığı burnu, nəfəs almaqdan utanır elə bil...Nələrdən sə qorxur...

Uzaqda bir iki nəfər saçlarını düzəldib şəkil çəkdirməyə hazırlaşır..Sanki bu anı tutub sabaha saxxlamaq istəyirmişcəsinə bugünününə hörmətsizlik edir....Yəqin ki indi hardasa turistlər şəklimizi çəkir...Tanışlardan kimlərsə baxıb təəccüblənir..Bəlkə də kimlərsə yanımızdan keçib fikir vermir...Bəlkə də kimsə də tək olduğua heyfislənir...Üzünü dənizə tərəf çevirir..Xatirələri dalğalarla sevişərək suyun dibinə daldıqca , sıxılıb ağır- ağır ayağa qalxır...Sonra yenidən bizə baxır...Gülümsünür,ovucundakı tum dənələrini dənizə atıb ordan uzaqlaşır....Sonra bir də bizə baxır nəisə vacib bir şeyi deyəcəkmişcəsinə fikrini toplayır,və sonra yenə gülümsəyib başını gedəcəyi yola tərəf çevirir.....
Post reply Ответить с цитированием
Гость БК
16-03-11 @ 13:01
Re:
copy link to clipboard
Bilirsən hərdən dünyanın heç dönmədiyinə inanıram...O sakitcə dayanıb bizə elə gəlir ki dönür...Keçmişimiz tarix muzeylərində, bu günümüz facebookda , sabahımızın harda olacağını bilmirəm..2-3gün kəndə getmək istəyirəm özümə gəlim..6-cı və bazar günlərimdən başqa hərgünümün 7 saatını məhf edən universitetdən heç olmzsa bir iki günlük qaçım...Axı bura bizə nə öyrədir..?Hərgün bu zibilxanada , heyvanlar haqda sənədli filmə baxmaqdan bezdim...Güclü olan , zəif olanı yeyir...Aslı olan tülkülük, aslı edən canavarlıq, yerdə qalanlar sa qoyunluq edir..Bu meşə də , nə pələng var nə də ki, şir...Bircə canavar...Çünki canavar yeganə heyvandır ki , gözü doymur..Öz yeyəcəyini alır, yeyə bilmədiyini də sadəcə məhf edir...Düzdü canavar alçaq heyvandır , amma yenə də qoyundan yaxşıdır...Çünki qoyun da yeganə heyvandır ki , biri digərini müdafiə etmir...





Görəsən onlara əslində necə göründükləri haqda danışsam nəisə dəyişərmi...?Əslində sonunu bilmədən yaşanılan həyatda kök salmış bəzi yalanları anlatsam...Dönüb baxarlarmı..?Bir səhər oyanıb böcəyə çevriləcəklər...Kafka əslində yalan demirdi...Biz necə də safıq...Görəsən kimsə cəhənnəmdə kül olacağına doğurdan da inanır?Hərkəs saxta savablarla cənnət arzusundadır....Hərgün bir əvvəlki gündən iki dəfə artıq pislik edən axmaq , tanış hesabına kresloda oturan eşşək də kimsəsizlər evinə verdiyi müəyyən məbləğlə cənnətə bilet aldığını düşünür...Kasıbblar da Allah elə edəcək ki , mən də vəzifəyə keçəcəm onda onların analarını.......deyə düşünür..
Yox bu olmayacaq...Çünki Allahı da tapşırıqla otrdublar səmaya...O da ordan , gözü öz qarnından irəlini görməyən yeni Allahlar yaradır...Arada bir möcüzələr göndərir ki , inamımız itməsin, arada bir baş qaldıran üsyanlar kimi..Düzdü , körpüləri insanlarından çox yeyən bir ölkədə belə möcüzələr də olmur...Axı sosializmdən çıxıb kapitalizmə yaltaqlanan bir cəmiyyətdən nə gözləmək olar ki? Kresloya oturan arxalar dəyişdikcə alqışlar da ünvanını dəyişir...Arxalar genişləndikcə , alqış səsləri artır..Amma biz safıq, çünki islahatlar aparılır..

Həyat 1-2-3-4.....rəqəmlərlə daima artır...Və biz bu rəqəmlərin yalnız birinin üstündə, digər rəqəm gələnə qədər qala bilərik...2011-ci saydayam indi...Bəzən metroda qatar stansiyaya çatana yaxın sürətini yavaşladır..Onda adamın ürəyi çox sıxılır...Bax o cür sıxılır ürəyim...Amma mən safam , qatar stansiyaya çatanda musiqi çalınacaq....
Post reply Ответить с цитированием
Гость БК
16-03-11 @ 13:05
Re:
copy link to clipboard
Əvvəlcə yavaş-yavaş gəl..Üzümü sənə tərəf qaldırıb , sakitcə baxım...Pəncərə altında gördüyü hər kölgəni sevgilisi sanan oğlan kimi...Yavaşca gəl..Qorxaq , tərəddüdlü addımlarla..Qorxa-qorxa sevişən sevgililər kimi..Dünən də olduğun kimi gəl...Məni çox sev amma soyut bir az..
Sora bir az sürətlən...Qollarıvı açıb mənə tərərf qaç.Arada bir üzüvü yol qırağında parlayan işıqlara çevir..Saçları küləylə yarışan gözəlçələr kimi parlasın üzün işıqda...Darama saçlarıvı, onlar belə də gözəldir, qaranlıqda qeyb olub görünməyən kirpiklərin kimi...Sakitcə yağ yağış..Sonra bir gecə məni də gəl apar..Birtərəfli qatarlar kimi...Sənə çevrilim..Əvvəlcə buludlara qalxım qorxmadan onlara söykənib qarışqa kimi görünən insanlara baxım...Bəlkə də onda görünməyəcəklər amma hər xırda nöqtəni insan zənn edib maraqla baxım...Küləyin axını ilə hara gəldi sovrulum..Məqsədsiz və sevgisiz...Səhrada məhf olan sufilər kimi...O an mənim haqda heç bir məlumat qalmasın...
Heç kim ağlamasın yox olduğumçün..Ağlasalar da mən duymayım...Anadangəlmə kor bir uşağın ağ- qara yuxuları kimi...Sora bir kasıbın daxmasında çürük deşilmiş tavana yağım...Yetim qalıb qırağa düşmüş sərçələr kimi məhf olum...Yenidən dirilim....Romantika həvəskarlarının başına yağım...Dayan o səni sevmir deyim...Eyyyy oyan...O səni sevmir...O sadəcə filimləri sevir...O sadəcə yaşadığınız bu günü , yatağında ağlaya ağlaya xatırlamağı sevir...Oyan!!!...Uzaqlaşım hərkəsdən....Yenə küləyə qoşulub qaçım hərkəsdən...Bu dəfə okeana aparsın külək....Onsuz hara yağmağımdan aslı olmayaraq, sonum ölüm deyilmi? Yeri olmadan deyilən aforizmlər kimi, hara gəldi yağım...Onsuz yeri olmadan yağan o qədər yağış var ki, onsuz da aralarında seçilməyəcəm...Sonra Allaha yağım, bütün mövumatçılar söysün lənətləsin məni....Mən sə sırtıq kimi yağım yenə, bəlkə onda Allahın bir məxluq olmadığını anıayıb çərənləməzlər...Ya da ən azı heç kim daha dinləməz...Sora bu dəfə , bulvarda semiçka satan dilənçinin üstünə yağım...O qorxmayacaq bilirəm...Yekə qarnını maşına yerləşdirib qaçan müdür kimi...Hər yerdə öpüşən sevgili axtaran polis kimi...Yağım sənlə birgə yağış...Məni də apar özünlə...Onsuz da burda yağış kimi deyiləm mi? Uzaqdan baxan hamı üçün gözəl birşey...Yaxınımda olanlarçün baş bəlası.....Diqqətlə baxanlarçün dost....Yağış altında uşaq kimi qaçanlara sevgili...Və ya sadəcə yağış....
Post reply Ответить с цитированием

Post reply | Post reply with quote

Total disscussion threads: 131 Pages: 7
«« « 1 2 3 4 5 6 7 » »»


 
 © 2007–2025 «combats.com»
  18+  
feedback